Ölümcül koronavirusun iqtisadi və insani təsirlərinə dair qorxuların dərinləşməsi, səhmlər, xam neft və Çin yuanının Bazar ertəsi günü kəskin dəyərdən düşmələrinə səbəb olub və "etibarlı liman" xüsusiyyətindəki aktivlərin alışı artıb.
İnsider.az xəbər verir ki, Çindəki şirkətlərin səhmləri, virusun yayılmağa davam etdiyi və epidemiyada maksimumun hələ görülmədiyinə dair xəbərlər ilə 5%-dən çox düşüb. Çin yuanı, ABŞ ilə imzalanan ticarət razılaşmasının təsiri ilə əldə etdiyi qazanclarını geri verib. Standart & Poor's 500 (S&P 500) indeksi, Yaponiya səhmləri və Avropa indeksləri 1%-dən çox düşüblər. Brent neftinin qiyməti isə 60 dollardan da aşağı düşüb.
Analitiklər bildirirlər ki, Çinin nəhəng sənaye və istehlakında hər hansı bir iqtisadi şok digər ölkələrə sürətli bir şəkildə yayılacaqdır.
Çin, xəstəliyin yayılmasının qarşısını almaq üçün Ay ilinə görə Yeni il tətilini 2 Fevrala qədər uzadıb. Virusdan ən az 80 nəfər ölüb. ABŞ-da təsdiq edilmiş xəstələrin sayı Bazar günü 5-ə yüksəlib.
Marja