qlobal-enerji-investisiyalari-artir

Qlobal enerji investisiyaları artır

Qlobal enerji investisiyaları üç illik süqutunun ardından keçən il bir əvvəlki illə müqayisədə 1 milyard dollar artımla 1 trilyon 847 milyard dollara yüksəlib.

İnsider.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) "Dünya Enerji İnvestisiyaları 2019" hesabatına görə, neft və təbii qaz sektorunda yatırılan investisiya keçən il 2017-ci illə müqayisədə 1,11% artaraq 726 milyard dollara çatıb. Neft və qaz çıxarılması üçün 477 milyard dollar investisiya qoyulun, bu iki təbii resursun hasilatı və infrastrukturu üçün 249 milyard dollar xərclənib. 

Dünyada kömür üçün sərmayə isə ötən il bir əvvəlki illə müqayisədə 2,56% artaraq 80 milyard dollara yüksəlib.

Keçən il elektrik enerjisi istehsalı üçün yatırılan investisiya 1,8 faiz düşərək 478 milyard dollara geriləyib. Elektrik istehsalı üçün yatırılan vəsaitin 304 milyard dollarlıq hissəsi bərpa olunan enerji üçün qoyulub.

Beləliklə, dünyada enerji layihələrinə yatırılan cəmi investisiyalar ötən il 1 milyard dollar artımla 1 trilyon 847 milyard dollara çatıb. 

©Finans.az