Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına görə, yeni növ koronavirus (Kovid-19) pandemiyası qlobal enerji sisteminə son 70 ilin ən böyük şokunu yaşadır.
İnsider.az xəbər verir ki, Agentliyin hesabatına görə, bu il kömür, neft, təbii qaz, bərpaolunan enerji və elektrik enerjisinə tələb, 2008-ci il qlobal maliyyə böhranı zamanı yaşanan azalmadan 7 dəfə çox bir azalma ilə 6% geriləyəcək. Bu azalma, dünyanın ən böyük üçüncü enerji istehlakçısı Hindistanın enerji tələbinin tamamilə yox olması mənasını verir.
Hesabata görə, tələb ABŞ-da 9% və Avropa Birliyində 11% azalacaq. Böhranın enerji tələbinə təsiri, epidemiyanın yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin müddətinə və sərtliyinə bağlı olacaq.
Elektrik enerjisinə tələb isə bu il 1930-lardakı "Böyük Böhran"dan sonra yaşanan ən böyük azalma ilə 5% geriləyəcək.
Marja