qlobal-turizmin-itirdiyi-mebleg-aciqlandi

Qlobal turizmin itirdiyi məbləğ açıqlandı

Dünya Turizm Forumu İnstitutunun rəhbəri Bulud Bağçı, qlobal turizm sektorunun yeni növ koronavirus (Covid-19) pandemiyası səbəbilə 2020-ci ili 3 trilyon dollar itki ilə bağlamağa hazırlaşdığını bildirib.

İnsider.az xəbər verir ki, Qlobal Turizm Forumnda Bulud Bağçı bildirib:

"Gələn il bu itkinin peyvənd işləri, yeni tənzimləmələr və adaptasiya ilə əlaqədar olaraq azalmasını və 1 trilyon dollar olaraq reallaşmasını gözləyirik.  2022-ci ildə də dünya turizm sənayesinin itkilərini bağlamasını və 2019-da çatdığı iqtisadi böyüklüyü 25% keçməsini gözləyirik".

Marja