Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2 faiz bəndi artırıdı
Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının tövsiyyəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul etmişdir.
Bu barədə Əmanətlərin Sığortalanması Fondundan daxil olmuş məlumatda bildirilir.
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bildirir ki, ƏSF-yə üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir.
Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
Beləliklə, illik 12%-dək faiz dərəcələri ilə milli valyutada banklara yatırılan əmanətlər sığortalanacaqdır. Əmanətlər dekabr ayınadək tam sığortalanacaqdır.
Marja