Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadır tipli heyvan kəsimi məntəqələrinin siyahısı açıqlanıb.
İnsider.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı müraciət yayıb.
Agentlik bayram günlərində qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edərək, Bakı küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli icra orqanları ilə birgə təşkil olunmuş çadır tipli kəsim məkanlarında həyata keçirməyə çağırır.
Qurban bayramı günlərində respublika üzrə 44 stasionar və 30 çadır tipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək.
Vətəndaşlar bayram günlərində əvvəlcədən seçim edərək, qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün müəyyənləşdirilmiş yerlərə müraciət edə, təşkil olunan xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, avqustun 12-13-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.
Qurbanlıq heyvanların satış və kəsim məntəqələrinin ünvanları: