Bakı-Quba-Rusiya sərhədi yolunun 182-ci km-də, Quba rayonunun ərazisindən keçən Qusarçayın üzərindəki körpü müvəqqəti bağlanıb və nəqliyyat vasitələrinin hərəkəti üçün alternativ yol açılıb.
Bu barədə Bizim.media-nın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Quba "5 Saylı Yol İstismarı" MMC-nin baş mühəndisi Rövşən Babayev məlumat verib.
Onun sözlərinə görə, 1972-ci ildə istifadəyə verilmiş Qusarçayın üzərindəki körpü uzun müddətdir təmir olunmayıb:
"Bu səbəbdən 146 metr uzunluğu, 8 aşırımı olan körpünün iki aşırımı qəzalı və təhlükəli vəziyyətə düşüb. Hər hansı bədbəxt hadisənin qarşısını almaq üçün körpü təmirə dayanıb. Körpünün iki aşırımı əsaslı bərpa ediləcək. Bərpa işləri iki ay müddətinə aparılacaq. Körpünün bərpadan sonra açılışı sentyabrın 15-də nəzərdə tutulur".
Oxu.Az