raf-i-dirceldirler

“RAF”-ı dirçəldirlər?

Əfsanəvi sovet brendi olan “RAF”-ın dirçəlişi barədə söbətlər səngimək bilmir. İnsider.az bu barədə “autonews.ru” resursuna istinadla xəbər verir.

Məlum olduğu kimi, “RAF” markalı avtomobillər 1997-ci ildən bəri buraxılmır. Həmin vaxt Rusiya bazarında onun yerini “QAZel” markası tutmuşdu. Lakin son zamanlar dolaşan söhbətlərə əsasən, Latviyalı brendin bərpası gözlənilir. Belə ki, Riqada ötən ilin sonunda elektrik dartı qüvvəsi olmaqla birgə, mikroavtobus istehsalına yönəlmiş “Rigas Autobusu Fabrika” (RAF) şirkəti qeydə alınıb.

Bildirilənə görə, şirkət məşhur modellərdən birinin yığımını işə salmağa niyyətli idi. Variantlar arasında Rusiyalı “QAZel NEXT” də vardı.

“Rossiyskaya qazeta”-ya müsahibəsində “RAF”-ın sahibi Kirill Şumeyko bildirdi ki, zavod avropalı istehsalçılardan birinin gövdəsini (kuzov) istifadə edəcək. Qammada isə tamölçülü şəhər avtobusu, 25 yerli kiçik avtobus və sovet “RAFik”-in müasir analoqu olan 9 yerli mikroavtobus daxil, üç model çıxacaq.

Samirə Məmmədova