rayonlararasi-gedis-gelisin-tam-acilmasi-meselesine-tekrar-baxilacaqdir

Rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaqdır

Sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaqdır.   

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Marja-ya verilən məlumata görə, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.

Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcəkdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınmışdır.