reanimasiyada-mualice-alan-13-koronavirus-xestesi-yanaraq-oldu-foto

Reanimasiyada müalicə alan 13 koronavirus xəstəsi yanaraq öldü - FOTO

Hindistanın Maharaştra ştatında COVID-19-a yoluxan şəxslərin müalicə olunduğu xəstəxanada güclü yanğın baş verib.

Bu barədə ANI informasiya agentliyi məlumat yayıb.

Qeyd olunur ki, yanğın nəticəsində 13 koronavirus xəstəsi ölüb.

Xəstələrin qalan hissəsi yaxınlıqdakı tibb müəssisələrinə köçürülüb. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.