reklaminizin-sevilmemesi-ucun-7-sebeb

Reklamınızın sevilməməsi üçün 7 SƏBƏB

İnsanların əksəriyyəti, xüsusilə qeyri-kreativ və təngə gətirən olduqda, reklamı sevmir. Əgər hədəf, bütün səylərinizə baxmayaraq, reklamınıza etinasızlıq etdiyinə fikir vermisinizsə, çox güman, siz nəyisə düzgün etmirsiniz.

Növbəti faktorlar potensial müştərilərin reklam kampaniyanızı xoşlamamasına təsir edə bilər.

1. Etibarın olmaması

Ümumilikdə insanlar brendlərin onlara nə dediyinə inanmırlar. Çox güman, bu, müasir reklam industriyasının əsas çətinliyidir. Nəticədə etibar sağlam və uzunmüddətli münasibətlərin ən mühüm elementidir.

Buna görə də brendlər daha köhnə reklam modelləri vasitəsilə potensial müştərilərin diqqətini cəlb edə bilmirlər. İndi onu qazanmaq lazımdır. Bunun üçün şirkət dürüst, açıq, etibarlı olmalı və bu mövqeyini öz reklamında əks etdirməlidir.

2. Reklam bolluğundan yorğunluq

Təzəlikcə bir araşdrıma amerikalıların gündəlik orta hesabla 4000-dən 10000-dək reklam elanları gördüklərini göstərmişdi. Problem təkcə həcmdə deyil – müasir texnologiyalar sayəsində müasir reklam daha bezdirici, hər yerdə mövcud və səs-küylü olub.

Hər yerdə artıq aldığımız şeyi almağa yaxud istəmədiyimiz şeyi almağa çağırış edən reklam bizi təqib edir. Pis reklam axını ekran və xəbər lentlərini doldurub. Ona görə də, insanların reklamları bloklamaq üçün proqramlardan istifadə etməsi təəccüblü deyil.

Müştəriləri hədəfləndirilmiş reklam axınına boğmaqla əks və brendinizin uzunmüddətli inkişafını sarsıdacaq nəticə əldə edəcəksiniz.

3. Kreativliyin çatışmazlığı

Onyan-reklam kreativlik dərəcəsinin azalmasında günahkardır. 1960-80-ci illəri reklamın qızıl əsri adlandırmaq olar. O vaxtlar “Think Small”, “Just do it” sloqanı və “Buy the World a Coke” mahnısı olan çarx kimi əfsanəvi reklma nümunələri yarandı.

Onların hər birinin miqyaslı ideyası vardı, indi isə bu cür ideyalara nadir alda rast gəlmək mümkündür.

Proqnozlara əsasən, növbəti ildə “Google” və “Facebook” Britaniya rəqəmsal reklam bazarının 70%-ə nəzarət edəcəklər. Bu reklamnın böyük hissəsi (bütün olmasa da) bu platformalarda ilk növbədə uyğunluq, əlaqə kanalları, kreativ, hisslər barədə deyil, əhatə və verilənlər haqda düşünür.

4. Blogerlərlə işdən imtina

Hazırda brendlər və insanların təsir sahəsində əhəmiyyətli dəyişiliklər baş verir. Keçmişdə istelakçıların brendlərin onlara radio və televiziya üzərindən nə təklif etdiklərini dinləməkdən başqa seçimləri yox idi. İndi isə “Instagram”-dakı istənilən səhifə və ya “Twitter”-dəki hesab mediaresurs ola bilər.

Sosial şəbəkələr reklam təsirinin payını demokratlaşdırıblar – insanlar passiv istehlakçı olmaqdan çıxıblar, artıq özləri də yaradan ola bilərlər. Onlar öz narazılığını ifadə etməkdən, hətta şirkətlərin dəyərlərilə razılaşmadıqları təqdirdə onları boykot etməkdən qorxmurlar.

Ona görə də marketoloqlar şirkət barədə dost, qohum, həmkar və tanımadıqları insanlara danışacaq brend ambassadorlarına xüsusi diqqət ayırmalıdırlar.

5. Məhsulun aşağı keyfiyyəti

Pis məhsul və ya aşağı keyfiyyətli xidməti irəli çəkirsinizsə, əla reklam kampaniyası etməyiniz əbəsdir. Hazırda istelakçıların əksəriyyəti əvvəlcə nəyisə almazdan qabaq rəyləri oxuyur.

Marketinqin öz tərifi də dəyişib – artıq reklam sadəcə gözəl promoçarx deyil. Bu, demək olar, istelakçı ilə hər təmas nöqtələrinin cəmidir. Buna görə də məhsul və ya xidmətin yaxşı keyfiyyətini minimallaşdırılmalı xərc bəndi kimi yox, marketinqə edilən mühüm sərmayə kimi dəyərləndirmək lazımdır.

6. İstelakçı üçün faydasızlıq

Reklamın böyük hissəsi biznesin ehtiyaclarını istehlakçının maraqlarından üstün tutur. Hardasa bunu anlamaq olar, axı marketoloqlar da KPI-larını tamamlamalıdırlar.

Ancaq kampaniyanızı işə salmamış özünüzü müştərini yerinə qoyun – siz ondan nə əldə edəcəksiniz? Çox vaxt bu suala cavab heçnədir. Lakin marketoloqlar müxtəlif yollarla xeyir verə bilərlər. Məsələn, reklam brendin həll etdiyi problem haqda xəbər verə bilər. Yaxud əyləndirə bilər – unutmayın ki, reklam gülməli də ola bilər.

7. Yalan vədlər

Bəzi şirkətlər dünyanı daha yaxşı edəcəklərini söz verir, lakin heç bir addım atmırlar. Son vaxtlar daha çox brendlər cəmiyyət və ətraf mühit problemlərinin onları necə narahat etdiklərini göstərməyə çalışırlar. Bu da boş yerə deyil – bu cür mövqeyi olan brendlər rəqiblərindən iki dəfə daha tez inkişaf edir.

Ancaq onların arasında yalançılar da var ki, istehlakçıların inamı ölməyə başlayır. Unutmayın, istənilən şəxs şirkətinizin nə ilə məşğul olduğunu internetdə tez axtarıb tapa bilər, buna görə də yalan danışmaq alınmayacaq. Belə siz ancaq onsuz da qazanılması qəliz olan müştəri etibarını itirərsiniz.

Samirə Məmmədova