“Renault” “Nissan”-a şirkətlə idarə etmə islahatını keçirməyə imkan verməyəcək.
İnsider.az-ın “Financial Times”-a istinadla verdiyi xəbərə görə, bu, “Renault-Nissan” alyansının rəhbəri Jan-Dominik Senarın yapon konserninin baş direktoru Xiroto Saikaveyə məktubunda deyilir.
Qeyd edək ki, “Nissan” səhmdarların iki həftə sonra baş tutacaq illik iclasında şirkətlə idarə etmə strukturlarının dəyişdirilməsinə dair səs verməyi planlaşdırırdı. Yapon istehsalçısı xarici auditorları müvafiq olaraq kadr həlləri, pul mükafatları və auditə görə cavabdeh olacaq üç komitə ilə əvəz etmək istəyir. Bu ideyanı, xüsusilə, dəfələrlə Senar dəstəkləyib. Lakin öz məktubunda o, alyans üzrə həmkarı Saikavanı “Renault” rəhbərliyinin bu məsələ üzrə səsvermədə iştirak etməyəcəyi bağlı ilə xəbərdar edib.
Qeyd edək ki, “Renault” “Nissan” səhmlərinin 43%-nə sahibdir, qərar qəbul etmək üçün isə səhmdarların səslərinin üçdə birinə ehtiyac var. Beləliklə, islahat bloklanmış olacaq.
Samirə Məmmədova