renault-ve-nissan-idareetme-islahati-apariblar

“Renault” və “Nissan” idarəetmə islahatı aparıblar

“Nissan” səhmdarları iyunun 25-i lazım olan idarəetmə islahatını təsdiqləyiblər.

İnsider.az-ın məlumatına görə, yapon istehsalçının majoritar səhmdarı olan “Renault” əvvəlcə islahatın keçirilməsini bloklamaq niyyətində idi. Lakin ötən həftə tərəflər razılığa gəldilər – yapon tərəf idarəetmədə Jak-Dominik Senara və Tyerri Bolloreyə yer verməyə razı oldu. Onlar müvafiq olaraq, direktorlar şurası sədri və baş icraçı direktor vəzifələrini əldə etdilər.

Bundan başqa, yapon avtoistehsalçı xarici auditorları kadr həllərinə, pul mükafatlarına və auditə görə cavab verəcək üç komitə ilə əvəzləyib.

Bununla belə, “Nissan” “Renault” ilə əməkdaşlığı davam etdirməyə niyyətli olsa da, iki konsernin qarşılıqlı inteqrasiyasına razılıq vermək niyyətində olmadığını bildirib.

Samirə Məmmədova