repci-bankda-departament-direktoru-oldu

Repçi Bankda departament direktoru oldu

Repçi Morgenstern Alfa-bankda “Gənclər ilə iş üzrə direktor” oldu, bu vəzifə xüsusi olaraq onun üçün təsis edilmişdir. Qurumdan ifaçının iştirakı ilə bank haqqında bir müddət öncə yayılmış video-çarxa dair iş qaldırmış Federal Anti-inhisar Xidmətinin reaksiyasını da nəzərə alacaqlarını bildiriblər.

İnsider.az xəbər verir ki, bu barədə RBC-yə bankın mətbuat xidmətindən məlumat verilib.

“Alişer ciddi işə istiqamətlənib və  onun üçün utanmayacağımıza dair söz verib. Morgenstern, hər kəs kimi ofisə gedəcək, planlaşdırma iclaslarında iştirak edəcək və nəticələr barədə hesabat verəcəkdir”, - bunu Alfa-Bankın Marketinq və Kommunikasiya üzrə direktoru Aleksey Giyazov deyib.
Giyazovun sözlərinə görə, ifaçının qarşısına konkret hədəf oyulub - ən azı 100 min yeni müştəri cəlb etmək. Qurumdan verilən məlumata görə, onun bank üçün çəkilən ilk klipi sayəsində 25 minə yaxın müştəri cəlb edilib. Giyazov reperi ölkənin “ən mübahisəli marketoloqu”, eyni zamanda da yaradıcı adlandırıb. Alfa-Bank, Morgenstern ilə kliplə bağlı “FAX-dən gələn rəyləri” nəzərə aldıqlarını və “həqiqi bir bank işçisinin obrazına qarşı iddiaları aradan qaldırmaq” istədiklərini söylədi.

Bir müddət öncə Rusiya Federal Anti-inhisar Xidməti (FAX), Alfa-Bankın Morgensternin iştirakı ilə bankın kartının reklam olunduğu "Klip üçün 10 lyam" adlı videosuna görə bir iş qaldırmışdı.

Xidmət klipin kadrlarında “alt paltarları görünəcək” qədər “həddindən artıq açıq” libasda olan xanımların, yaratdığı bank işçisi obrazını bəyənməmişdi. FAX-dən verilən açıqlamada “Reklamda yaradılan obrazın bank əməkdaşlarının obrazına tamamən ziddir”, - deyə bildirilib.

Səbinə Səmidxan