Azərbaycanda Rəqabət Məcəlləsinin layihəsi hazırlanıb.
İnsider.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib.
Belə ki, rəqabət mühiti ilə bağlı qanunvericilik bazasının formalaşdırılması məqsədilə Rəqabət Məcəlləsinin layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, Rəqabət Məcəlləsi 2006-cı ildə Prezident tərəfindən Milli Məclisə təqdim edilib. Qanun layihəsi 2 oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayıb.