Müasir iqtisadi şəraitdə tender, kotirovka soğruları, dövlət sifarişləri, İKT-dən daha geniş miqyasda istifadə inkişaf etmiş ölkələrin təcrübəsində ayrılmaz və labüd tərkib hissəsinə çevrilmişdir. Bu, sadalanan proseslər zamanı şəffaflıq və hesabatlılığın artırılması, tender nəticəsində müəyyən edilmiş fəaliyyəti həyata keçirəcək layiqli şirkətin düzgün seçilməsi üzrə qanunvericiliyin təkmilləşdirilməsi diqqət mərkəzində olan əsas məsələlərdəndir.
Digər xoşagəlməz məsələ isə, Ölkədə keçirilən tenderlərə dair iştirak qaydaları, seçim, nəticə qanunvericiliklə tənzimlənməsinə baxmayaraq, tenderlər bitər-bitməz, məğlub olan şirkətin vaxt itirmədən qazanan tərəfə qarşı başladığı qarayaxma kampaniyasıdır.
Buna baxmayaraq, tenderin nəticəsindən narazı qalan tərəf, konkret fakt olmadan qalib şirkətə qarşı əsassız iddialar irəli sürür, şirkətin və ya şəxsin nüfuzuna xələl gətirməyə çalışanlar, tenderi keçirən qurumun da nüfuzunu sual altında qoyur.
Tenderdə məğlubiyyətini qəbul etmək istəməyən PreMark şirkətinin təsisçisi Azər Nəzərov, qalib tərəfə qarşı nüfuza xələl gətirəcək addımlar atmağa, müəyyən media qurumlarda əsassız və xəbər dəyəri olmayan informasiyanın yayılmasına təkan verir.
Rəqabət latın sözü olub “Concurero”, yəni toqquşma, üz-üzə gəlmə mənalarını daşıyır. Yəni, Rəqabətlilik bir markanın oxşar məhsul və xidmətlərlə dolu bir bazarda məhsul və xidmətləri satma qabiliyyətidir. Rəqabət qabiliyyəti şirkətin bazarda rəqabətə tab gətirməyə nə dərəcədə hazır olduğunu müəyyən edir. Bu, bir məhsulun digər oxşar məhsullarla müqayisədə cəlbedici olması, istehlakçılardan yüksək qiymət almasıdır.
Təəssüf ki, “Concurero”, yəni toqquşma öz əzəli mənasından çıxaraq, bəzən, təzyiqə bəzən isə daha da irəli gedərək konfliktə çevrilir. Bu isə peşəkarlıqdan uzaq, nüfuza xələl gətirəcək qeyri-sağlam rəqabətin göstəriciləridir.
İstənilən seçimdə iki - qalib və məğlub tərəf olur. Məğlub, heç də zəif və ya qeyri-peşəkar anlamına gəlmir. Qeyri-peşəkarlıq məğlub olduğu üçün, qara PR kampaniyasına başlamaq, əsassız iddialar və iradlar irəli sürməkdir. Konkret fakt olmadan bildirilən irad isə sözün əsl mənasında şər və qarayaxmadır.
Qeyd etmək istərdik ki, tenderdə qalib şirkətə qarşı əsassız iddialar irəli sürən, konkret fakt olmadan bir şirkətin və ya şəxsin nüfuzuna xələl gətirməyə çalışanlar, tenderi keçirən qurumun da nüfuzunu sual altında qoyur.