resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2020-ci ilin fevral ayının 28-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi fevralın 27-si ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, avro/manat məzənnəsi 1.8688 manata qalxıb, rubl/manat məzənnəsi isə 0,0255 manata düşüb. 

1 türk lirəsi isə 0,2733 manata geriləyib. 

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

Fevralın 27-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8550 manata, 1 rubl 0,0259 manata, 1 türk lirəsi isə 0,2759 manata bərabər idi.