2019-cu ilin sentyabr ayının 9-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi sentyabrın 6-ı ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.8746 manata düşüb, rubl/manat məzənnəsi isə 0,0259 manata qalxıb.
1 türk lirəsi isə 0,2974 manata geriləyib.
Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.
Sentyabrın 6-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8764 manata, 1 rubl 0,0257 manata, 1 türk lirəsi isə 0,2985 manata bərabər idi.