2019-cu ilin dekabr ayının 03-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi dekabrın 2-i ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.8826 manata, rubl/manat məzənnəsi isə 0,0265 manata qalxıb.
1 Türk lirəsi isə 0,2960 manata yüksəlib.
Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.
Dekabrın 02-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8731 manata, 1 rubl 0,0264 manata, 1 Türk lirəsi isə 0,2956 manata bərabər idi.