2020-ci ilin aprel ayının 22-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi Aprelin 21-i ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, avro/manat məzənnəsi 1.8443 manata qalxıb, rubl/manat məzənnəsi isə 0,0220 manata düşüb.
1 Türk lirəsi isə 0,2434 manata geriləyib.
Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.
Aprelin 21-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8415 manata, 1 rubl 0,0225 manata, 1 türk lirəsi isə 0,2448 manata bərabər idi.