2020-ci ilin fevral ayının 04-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi fevralın 03-ü ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, avro/manat məzənnəsi 1.8802 manata düşüb, rubl/manat məzənnəsi isə 0,0267 manata qalxıb.
1 Türk lirəsi isə 0,2841 manata geriləyib.
Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.
Fevralın 3-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8839 manata, 1 rubl 0,0266 manata, 1 Türk lirəsi isə 0,2842 manata bərabər idi.