resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2019-cu ilin sentyabr ayının 25-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi sentyabrın 24-ü ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.8692 manata qalxıb, rubl/manat məzənnəsi isə 0,0266 manatda qalıb.

1 Türk lirəsi isə 0,2984 manata yüksəlib.

 Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

Sentyabrın 24-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8684 manata, 1 rubl 0,0266 manata, 1 türk lirəsi isə 0,2975 manata bərabər idi.