2020-ci ilin may ayının 04-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi mayın 01-i ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, avro/manat məzənnəsi 1.8595 manata, rubl/manat məzənnəsi isə 0,0227 manata düşüb.
1 Türk lirəsi isə 0,2419 manata geriləyib.
Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.
Mayın 1-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8607 manata, 1 rubl 0,0228 manata, 1 türk lirəsi isə 0,2432 manata bərabər idi.