resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2020-ci ilin yanvar ayının 28-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi yanvarın 27-si ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, avro/manat məzənnəsi 1.8738 manata, rubl/manat məzənnəsi isə 0,0270 manata düşüb.

1 Türk lirəsi isə 0,2860 manata qalxıb. 

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

Yanvarın 27-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8748 manata, 1 rubl 0,0273 manata, 1 Türk lirəsi isə 0,2858 manata bərabər idi.