resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2019-cu ilin avqust ayının 9-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi avqustun 8-i ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.9032 manata düşüb, rubl/manat məzənnəsi isə 0,0261 manatda qalıb.

1 türk lirəsi isə 0,3104 manata qalxıb.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

Avqustun 8-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9059 manata, 1 rubl 0,0261 manata, 1 türk lirəsi isə 0,3078 manata bərabər idi.