2019-cu ilin iyul ayının 8-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi iyulun 5-i ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.9096 manata, rubl/manat məzənnəsi isə 0,0267 manata düşüb.
1 türk lirəsi isə 0,2957 manata geriləyib.
Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.
İyulun 5-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9178 manata, 1 rubl 0,0268 manata, 1 türk lirəsi isə 0,3028 manata bərabər idi.