2020-ci ilin iyul ayının 06-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi İyulun 03-ü ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, avro/manat məzənnəsi 1.9187 manata yüksəlib, rubl/manat məzənnəsi isə 0,0239 manata düşüb.
1 Türk lirəsi isə 0,2478 manata geriləyib.
Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.
İyulun 03-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9090 manata, 1 rubl 0,0241 manata, 1 türk lirəsi isə 0,2480 manata bərabər idi.