resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2020-ci ilin iyun ayının 22-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi iyunun 19-u ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, avro/manat məzənnəsi 1.9043 manata düşüb, rubl/manat məzənnəsi isə 0,0244 manatda qalıb.

1 türk lirəsi isə 0,2483 manata yüksəlib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

İyunun 19-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9065 manata, 1 Rubl 0,0244 manata, 1 türk lirəsi isə 0,2479 manata bərabər idi.