2019-cu ilin dekabr ayının 20-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi dekabrın 19-u ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.8896 manata düşüb, rubl/manata, məzənnəsi isə 0,0273 manata qalxıb.
1 Türk lirəsi isə 0,2862 manata geriləyib.
Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.
Dekabrın 19-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8914 manata, 1 rubl 0,0272 manata, 1 türk lirəsi isə 0,2870 manata bərabər idi.