resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2020-ci ilin yanvar ayının 22-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi yanvarın 21-i ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, avro/manat məzənnəsi 1.8840 manata, rubl/manat məzənnəsi isə 0,0275 manata düşüb.

1 Türk lirəsi isə 0,2864 manata geriləyib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

Yanvarın 21-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8868 manata, 1 rubl 0,0276 manata, 1 Türk lirəsi isə 0,2870 manata bərabər idi.