resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2019-cu ilin oktyabr ayının 10-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi oktyabrın 9-u ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.8677 manata, rubl/manat məzənnəsi isə 0,0262 manata qalxıb.

1 Türk lirəsi isə 0,2896 manata düşüb.
 
Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

Oktyabrın 9-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8636 manata, 1 Rubl 0,0261 manata, 1 Türk lirəsi isə 0,2912 manata bərabər idi.