2020-ci ilin fevral ayının 12-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi fevralın 11-i ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, avro/manat məzənnəsi 1.8550 manata, rubl/manat məzənnəsi isə 0,0269 manata qalxıb.
1 Türk lirəsi isə 0,2822 manata geriləyib.
Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.
Fevralın 11-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8544 manata, 1 rubl 0,0265 manata, 1 Türk lirəsi isə 0,2825 manata bərabər idi.