resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2020-ci ilin May ayının 01-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi aprelin 30-u ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, avro/manat məzənnəsi 1.8607 manata qalxıb, rubl/manat məzənnəsi isə 0,0228 manata düşüb.

1 türk lirəsi isə 0,2432 manata geriləyib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

Aprelin 30-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8459 manata, 1 rubl 0,0233 manata, 1 türk lirəsi isə 0,2444 manata bərabər idi.