resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2020-ci ilin iyun ayının 09-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi iyunun 08-i ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, avro/manat məzənnəsi 1.9187 manata geriləyib, rubl/manat məzənnəsi isə 0,0249 manatda qalıb.

1 türk lirəsi isə 0,2508 manata düşüb.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

İyunun 08-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9190 manata, 1 rubl 0,0249 manata, 1 türk lirəsi isə 0,2513 manata bərabər idi.