2019-cu ilin iyun ayının 3-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/Manat məzənnəsi mayın 31-i ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.9001 manata qalxıb, rubl/manat məzənnəsi isə 0,0259 manata düşüb.
1 türk lirəsi isə 0,2903 manata yüksəlib.
Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.
Mayın 31-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8918 manata, 1 rubl 0,0260 manata, 1 türk lirəsi isə 0,2877 manata bərabər idi.