2019-cu ilin iyul ayının 5-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi iyulun 4-ü ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.9178 manata, rubl/manat məzənnəsi isə 0,0268 manata düşüb.
1 türk lirəsi isə 0,3028 manata geriləyib.
Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.
İyulun 4-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9186 manata, 1 rubl 0,0269 manata, 1 türk lirəsi isə 0,3029 manata bərabər idi.