2020-ci ilin mart ayının 30-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi martın 29-u ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, avro/manat məzənnəsi 1.8842 manata, rubl/manat məzənnəsi isə 0,0214 manata düşüb.
1 Türk lirəsi isə 0,2624 manata geriləyib.
Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.
Martın 29-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8941 manata, 1 Rubl 0,0215 manata, 1 Türk lirəsi isə 0,2634 manata bərabər idi.