resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2019-cu ilin noyabr ayının 26-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi noyabrın 25-i ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.8723 manata düşüb, rubl/manat məzənnəsi isə 0,0266 manatda qalıb.

1 Türk lirəsi isə 0,2960 manata geriləyib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

Noyabrın 25-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8737 manata, 1 Rubl 0,0266 manata, 1 Türk lirəsi isə 0,2975 manata bərabər idi.