resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2020-ci ilin iyul ayının 02-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi iyulun 01-i ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, avro/manat məzənnəsi 1.9150 manata, rubl/manat məzənnəsi isə 0,0240 manata yüksəlib.

1 Türk lirəsi isə 0,2483 manata qalxıb.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

İyulun 01-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9073 manata, 1 Rubl 0,0239 manata, 1 Türk lirəsi isə 0,2481 manata bərabər idi.