resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2019-cu ilin noyabr ayının 12-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi noyabrın 08-i ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.8757 manata, rubl/manat məzənnəsi isə 0,0266 manata düşüb.

1 Türk lirəsi isə 0,2945 manata geriləyib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

Noyabrın 08-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8782 manata, 1 rubl 0,0267 manata, 1 Türk lirəsi isə 0,2955 manata bərabər idi.