resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2019-cu ilin noyabr ayının 21-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi noyabrın 20-si ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.8828 manata qalxıb, rubl/manat məzənnəsi isə 0,0266 manatda qalıb.

1 Türk lirəsi isə 0,2982 manata yüksəlib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

Noyabrın 20-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8823 manata, 1 rubl 0,0266 manata, 1 Türk lirəsi isə 0,2978 manata bərabər idi.