resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2019-cu ilin sentyabr ayının 18-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi sentyabrın 17-i ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.8811 manata qalxıb, rubl/manat məzənnəsi isə 0,0264 manata düşüb.

1 türk lirəsi isə 0,2982 manata yüksəlib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

Sentyabrın 17-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8722 manata, 1 rubl 0,0266 manata, 1 türk lirəsi isə 0,2967 manata bərabər idi.