2020-ci ilin aprel ayının 21-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi aprelin 20-si ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, avro/manat məzənnəsi 1.8415 manata, rubl/manat məzənnəsi isə 0,0225 manata düşüb.
1 türk lirəsi isə 0,2448 manata geriləyib.
Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.
Aprelin 20-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8482 manata, 1 rubl 0,0228 manata, 1 türk lirəsi isə 0,2458 manata bərabər idi.