resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2020-ci ilin mart ayının 19-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi Martın 18-i ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, avro/manat məzənnəsi 1.8528 manata, rubl/manat məzənnəsi isə 0,0208 manata düşüb.

1 Türk lirəsi isə 0,2616 manata geriləyib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

Martın 18-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8754 manata, 1 rubl 0,0226 manata, 1 Türk lirəsi isə 0,2656 manata bərabər idi.