resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2019-cu ilin oktyabr ayının 3-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi oktyabrın 2-si ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.8629 manata, rubl/manat məzənnəsi isə 0,0261 manata qalxıb.

1 Türk lirəsi isə 0,2979 manata yüksəlib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

Oktyabrın 2-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8587 manata, 1 Rubl 0,0260 manata, 1 Türk lirəsi isə 0,2974 manata bərabər idi.