resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2020-ci ilin iyun ayının 01-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi mayın 31-i ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, avro/manat məzənnəsi 1.8927 manata qalxıb, rubl/manat məzənnəsi isə 0,0242 manatda qalıb.

1 Türk lirəsi isə 0,2496 manata yüksəlib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

Mayın 31-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8873 manata, 1 rubl 0,0242 manata, 1 türk lirəsi isə 0,2491 manata bərabər idi.