2020-ci ilin mart ayının 18-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi martın 17-si ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, avro/manat məzənnəsi 1.8754 manata, rubl/manat məzənnəsi isə 0,0226 manata düşüb.
1 Türk lirəsi isə 0,2656 manata qalxıb.
Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.
Martın 17-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9003 manata, 1 rubl 0,0229 manata, 1 Türk lirəsi isə 0,2645 manata bərabər idi.