resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2020-ci ilin aprel ayının 6-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi aprelin 3-ü ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, avro/manat məzənnəsi 1.8385 manata düşüb, rubl/manat məzənnəsi isə 0,0220 manatda qalıb.

1 Türk lirəsi isə 0,2518 manata geriləyib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

Aprelin 3-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8427 manata, 1 rubl 0,0220 manata, 1 türk lirəsi isə 0,2563 manata bərabər idi.