2020-ci ilin mart ayının 11-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi martın 10-u ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, avro/manat məzənnəsi 1.9284 manata düşüb, rubl/manat məzənnəsi isə 0,0241 manata qalxıb.
1 Türk lirəsi isə 0,2768 manata geriləyib.
Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.
Martın 10-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9332 manata, 1 rubl 0,0232 manata, 1 türk lirəsi isə 0,2769 manata bərabər idi.