resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2020-ci ilin yanvar ayının 07-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi dekabrın 30-u ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalır, avro/manat məzənnəsi 1.9025 manata düşüb, rubl/manat məzənnəsi isə 0,0275 manata qalxıb.

1 Türk lirəsi isə 0,2849 manata geriləyib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

2019-cu ilin dekabrın 30-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9035 manata, 1 rubl 0,0274 manata, 1 Türk lirəsi isə 0,2858 manata bərabər idi.